Online müraciət göndərin
Eksteryer dedikde ilk öncə ağıla gələn layihənin fasad görünüşüdür. Fasad dizaynında mütləq olaraq bina ölçüləri nəzərə alınmalıdır. Bu ölçülərə əsasən də üslub və bu üsluba uyğun materialı düzgün seçmək lazımdır. İnşa ediləcək binaların fasadlarında istifadə ediləcək materialların ağırlığı və montaj metodikası layihə işlənərkən təhlil olunur və təsdiqlənir. Digər hallarda isə fasadı deyişiləcək binaların üzərinə əgər ağır materiallar vurulacaqsa, materialın bina üzərindəki ağırlıq yükü hesablanmalı və buna əsasən beton, metal konstruksiya bərkimə işləri görülməlidir.