Online müraciət göndərin
Hər bir məkanın daxili dizaynının ayrılmaz hissəsi gözəllik və funksionallıqdırsa orada istifadə olunan aksesuar, dekor, işıq sistemi isə o dizayna fərqlilik verməsi, yaddaqalan etməsidir. İllərdir günümüzə qədər gələn və daxili dizaynlarda istifadə edilən üslubların məkana görə düzgün seçimi vacib amillərdəndir.
Eksteryer dedikde ilk öncə ağıla gələn layihənin fasad görünüşüdür. Fasad dizaynında mütləq olaraq bina ölçüləri nəzərə alınmalıdır. Bu ölçülərə əsasən də üslub və bu üsluba uyğun materialı düzgün seçmək lazımdır. İnşa ediləcək binaların fasadlarında istifadə ediləcək materialların ağırlığı və montaj metodikası layihə işlənərkən təhlil olunur və təsdiqlənir. Digər hallarda isə fasadı deyişiləcək binaların üzərinə əgər ağır materiallar vurulacaqsa, materialın bina üzərindəki ağırlıq yükü hesablanmalı və buna əsasən beton, metal konstruksiya bərkimə işləri görülməlidir.
Hər bir məkanın özünə xas xüsusiyyətləri vardır. Mütləqdir ki, burada məkanın bölgüsü, mebel yerləşimi düzgün təhlil olunmalı və üsluba uyğun dizayn edilməlidir. İnsanların fikirləri, dizayna yanaşmaları təbii ki, eyni deyildir və bu səbəblə hər bir məkanın dizaynı edilərkən onun fəaliyyət sahəsinə görə bura gələcək insanların ilk öncə rahatlığı nəzərə alınmalıdır. Bu rahatlığın arxa planında üslub seçiminə uyğun olaraq mebel yerləşimi ilə yanaşı rəng seçimləri də vacib amillərdəndir. Digər dekorasiya işləri isə məkanı daha da gözoxşayan və yaddaqalan edəcəkdir.
təsisçi-direktor / layihə rəhbəri
memar - dizayner
memar - dizayner
i̇nteryer dizayner
qrafik dizayner
i̇nteryer dizayner